23 
Sen
2021
16:16
292
17
2394
Virtual karabakh

Astara polisindən əməliyyat: Külli miqdarda narkotik vasitə aşkarlandı - FOTO

23 Sen, 2021
16:16
2394

Astara polisindən əməliyyat: Külli miqdarda narkotik vasitə aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən altı rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onlardan ümumilikdə altı kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Rayonun Ərçivan qəsəbə sakini Emil Rzayev saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən yeddi qrama yaxın, yaşadığı evin həyətindəki yarımçıq tikilidən isə 6 kiloqram 620 qram narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha beş nəfər rayon sakini Emil Cəfərov, qardaşı İlqar Cəfərov, Rüfət Abdullayev, Gülxan Kərimov və Təbriz Mirzəyev saxlanılıblar. Onlardan hazır bükümlərdə külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri