28 
Sen
2021
11:39
23
407
7106
Virtual karabakh

Anım Günündə işbazlar “iş başında”: Acgözlük və vəziyyətdən sui-istifadə - VİDEO

Sentyabrın 27-də Anım Günü münasibəti ilə şəhidlərini yad etməyə tələsən insanlar işbazların hədəfinə tuş gəliblər.

Belə ki, bir neçə gündür bayraqların və qərənfillərin qiymətində artım müşahidə olunur. Şəhid yaxınları bildirir ki, bu vəziyyəti yalnız sui-istifadə adlandırmaq olar.

Bir həftə əvvəl istənilən gül dükanlarında 40-50 qəpiyə təklif olunan qərənfillərin satış qiyməti son 3 gündə 70-80 qəpiyə qaldırılıb.

Satıcıların sözlərinə görə qiymət artımına səbəb qərənfillərin tapılmamasıdır:

“Əvvəllər 50 qəpiyə satdığımız bu gülləri indi biz özümüz 50-55 qəpiyə alırıq. Səbəbi isə bazarda sözügedən güllərin tapılmamasıdır”.

Şəhidlər xiyabanına ziyarətə gələnlər isə bildirir ki, əlamətdar günlərdə hətta qərənfillər əhaliyə pulsuz paylanılmalıdır: “Çünki bu gülü belə almağa imkanı çatmayanlar var. Bu gün qazanc əldə etmək günü deyil”.

Daha ətraflı Baku TV-nin süjetində: 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri