Okt
2021
18:04
914
21
3903
Virtual karabakh

İsti sinif divarlarını soyuq səngərə dəyişən şəhid müəllim - VİDEO

5 Okt, 2021
18:04
3903

İsti sinif divarlarını soyuq səngərə dəyişən şəhid müəllim - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsində isti sinif divarlarını soyuq səngərə dəyişən müəllimlərimiz də az olmadı. Onlardan biri Abşeron rayonu, Masazır kəndində riyaziyyat müəllimi işləyən Qoşqar Ömərovdur. 

O, Vətən müharibəsi başlayanda qələmi silaha dəyişərək ordu sıralarına könüllü yazılıb. Vətənpərvər müəllim döyüşlərdə qəhrəmanlıqla vuruşub, minlərlə vətən oğlu kimi o da torpaqlarımızın azadlığı uğrunda canından keçib.

Baku TV 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə şəhid Qoşqar Ömərovun ailəsində olub. Şəhid müəllim hələ uşaq vaxtlarından savadı, istedadı, vətənpərvərliyi ilə sayılıb-seçilib. Orta məktəbdə atası Səxavət müəllimdən riyaziyyat dərsi alan Qoşqar elə atası vasitəsi ilə də bu peşənin vurğunu olub. 

Qoşqarın son döyüşü noyabrın 3-də Şuşa ətrafında, Daşaltı kəndinin yaxınlığında olub. Ağır döyüş əməliyyatlarında sinəsini sipər edən qəhrəmanımız vətən uğrunda canından keçib və noyabrın 5-i Ömərovlar ailəsi övladlarının şəhid olması xəbərini alıb. 

Qeyd edək ki, Qoşqar Ömərov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, ”Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri