18 
Okt
2021
23:30
314
26
953
Virtual karabakh

Gürcüstanda müstəqilliyimizin bərpası günü qeyd edilib – VİDEO

Tiflisdə 18 oktyabr Azərbaycanın Müstəqilliyinin bərpası Günü ilə əlaqədar Ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik nümayəndələri ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.

Ziyarətdə "SOCAR Energy" Georgia şirkətinin nümayəndələri, Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan QHT və media təmsilçiləri iştirak ediblər.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri