19 
Okt
2021
17:28
13
519
7952
Virtual karabakh

Azərbaycanda ana övladını dayəyə verib yoxa çıxdı - YENİLƏNİB + FOTO

19 Okt, 2021
17:28
7952

Azərbaycanda ana övladını dayəyə verib yoxa çıxdı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda müvəqqəti baxılması üçün dayəyə verilən azyaşlı qızla bağlı araşdırmalara başlayıb.

Bunu Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, azyaşlı sığınacağa yerləşdirilib və onun valideynlərinin tapılması istiqamətində aidiyyəti qurumlarla birlikdə araşdırmalar davam etdirilir.

15:48

Azərbaycanda ana uşağını dayənin yanına qoyub yoxa çıxdı.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.

O bildirib ki, dayə saxladığı uşağın anasının gəlmədiyini görüb onu sığınacağa gətirib:

“Dayə bildirib ki, uşağı anası ona müvəqqəti baxması üçün tapşırıb və artıq səkkiz gündür ki, nömrəsinə zəng çatmır. Hazırda uşaq sığınacaqdadır”.

M.Zeynalova qeyd edib ki, məsələ barədə artıq polisə məlumat verilib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri