20 
Okt
2021
13:24
116
28
3107
Virtual karabakh

Azərbaycanda anası tərəfindən atılan azyaşlı qızdan yeni xəbər var - FOTO/VİDEO

20 Okt, 2021
13:24
3107

Azərbaycanda anası tərəfindən atılan azyaşlı qızdan yeni xəbər var - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sığınacağa yerləşdirilən azyaşlının nənəsi ilə əlaqə saxlanılıb”. 

Bunu Oxu.Az-a açıqlamasında Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasında yaşayan nənə qısa müddət ərzində Bakıya qayıdacağını və nəvəsini qəyyumluğa götürəcəyini bildirib:

“Nənə onu da əlavə edib ki, nəvəsinə baxmaq üçün azyaşlının 18 yaşı olanadək etibarnaməsi var.

Nənə nəvəsi üçün ən etibarlı yerin dövlətin himayəsi olduğunu bildirib. Hazırda Dövlət Komitəsi tərəfindən azyaşlının təhsilini davam etdirməsi üçün sənədlər hazırlanır”. 

O qeyd edib ki, bu gün azyaşlının nənəsi ilə telefon vasitəsilə əlaqə saxlaması üçün şərait yaradılacaq.

Qeyd edək ki, dünən Azərbaycanda ananın uşağını dayənin yanına qoyub yoxa çıxması ilə bağlı məlumat  yayılmışdı.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri