23 
Okt
2021
19:25
176
28
1859
Virtual karabakh

Tofiq Həsənsoy: “Aparıcının improvizə etmək qabiliyyəti çox önəmlidir”

23 Okt, 2021
19:25
1859

Tofiq Həsənsoy: “Aparıcının improvizə etmək qabiliyyəti çox önəmlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aparıcının improvizə etmək qabiliyyəti çox önəmlidir. Anında reaksiya göstərmək, canlı efirdə özünü itirməmək tələb olunur”.

Bu fikirləri AzTV-nin “Telesəhər” verilişinin aparıcısı Tofiq Həsənsoy Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “MEDİA könüllüləri” proqramı çərçivəsində “Report” İnformasiya Agentliyində fəaliyyət göstərən “Media Məktəbi”nin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasının birgə iştirakı ilə təşkil olunan görüşdə deyib.

Tofiq Həsənsoy gənc jurnalistləri ən çətin mövzulardan belə çəkinməməyə çağırıb: “Jurnalist “odun” içinə atılsa belə, çabalaya-çabalaya vəziyyətdən çıxmalıdır. Aparıcı müzakirə etdiyi mövzunu detallı araşdırmalı, efirə əvvəlcədən hazırlaşmalı, mütləq öz dəst-xəttini tapmalıdır. “Telesəhər”in bir efirində bəzən 5-6 mövzuya toxunmalı olursan, nəyisə bilməməyin mümkün deyil”.

Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu görüş zamanı “MEDİA könüllüləri”nin fəaliyyətindən danışıb: “Həyat çox dəyişib. Bu təlimlərdə qarşılıqlı bir bilik mübadiləsi baş tutur. Bir sıra məsələdə gənclər bəzən yaşlı nəslə nisbətən daha irəlidə görünürlər. Bir növ həm öyrədirik, həm də öyrənirik. Bu gün jurnalistikada təhsil alan gənc sabah çalışacağı yerə artıq hazırlıqlı gəlməlidir. Xəbər hazırlamaq, onu duymaq, lazımi əlaqələr yaratmaq bacarığı indidən formalaşmalıdır”.

Qeyd edək ki, “MEDİA könüllüləri” proqramını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi reallaşdırır. Proqram media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq və ölkədə media sahəsində könüllülük hərəkatını genişləndirmək məqsədilə təşkil edilir.

Proqram 2021-ci ilin sentyabr ayında start götürüb. “MEDİA könüllüləri” proqramı çərçivəsində iki qrup olmaqla 17 gənc jurnalist “Report” İnformasiya Agentliyində fəaliyyət göstərən “Media Məktəbi”ndə 2 həftəlik təcrübə proqramını bitirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri