Noy
2021
18:11
23
188
1825
Virtual karabakh

Kürdəmirin Çərtəyəz kəndinin yol problemi - VİDEO

2 Noy, 2021
18:11
1825

Kürdəmirin Çərtəyəz kəndinin yol problemi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirin Çərtəyəz kəndinə gedən yol yararsız haldadır.

Çərtəyəz kəndi rayon mərkəzindən 25 km aralıda yerləşir. Bu yolun 21 km-lik hissəsi Ağsu-Kürdəmir-İmişli yolu, 4 km-lik hissəsi isə kənd yoludur. 

Sakinlər deyir ki, bu yol heç vaxt asfalt üzü görməyib. Kənd yolunun bərbad olması üzündən məktəblisi, cavanı, qocası hər gün min bir əziyyətə qatlaşmalı olur. 

1500 sakini olan Çərtəyəz kənd yolunun acınacaqlı vəziyyətdə olması ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Məhəmməd Hidayətov bildirib ki, adıçəkilən yol Dövlət Proqramına salınıb və 2023-cü ildə Çərtəyəz kənd yoluna asfalt örtüyü salınacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri