Noy
2021
19:19
250
16
1574
Virtual karabakh

Gəncədə Zəfər Günü münasibəti ilə tədbir keçirilib - FOTO

4 Noy, 2021
19:19
1574

Gəncədə Zəfər Günü münasibəti ilə tədbir keçirilib - FOTO

Zəfər Gününün ildönümü ərəfəsində Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Kəlbəcər rayon hüquq-mühafizə orqanlarının, idarə-müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Gəncə şəhərinə atılan raket və mərmilər nəticəsində şəhid olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə ziyarət edilib.

Oxu.Az xəbər verir ki, ziyarət zamanı Vətən müharibəsi dövründə həlak olan mülki şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq, abidə önünə güllər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.

Daha sonra Kəlbəcər rayon Mədəniyyət sarayında şəhid ailələri və qazilərlə görüş keçirilib. Görüşdə rəsmi şəxslər, idarə və müəssisə təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib.

Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər, tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri