Dek
2021
18:28
34
108
1169
Virtual karabakh

Qaydaları heçə sayan koronavirus xəstələri aşkarlandı - FOTO/VİDEO

2 Dek, 2021
18:28
1169

Qaydaları heçə sayan koronavirus xəstələri aşkarlandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsini aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Ramil Əliyevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib.

Onun qanunazidd hərəkətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılması təmin edilib.

Həmin şəxs barəsində RPŞ-də araşdırmalar aparılır.

Nazirliyin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkar edilib.

Belə ki, rayon sakini İ.Ağazadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri