Dek
2021
16:24
263
56
2714
Virtual karabakh

“Azərişıq” əməkdaşının avtomobili qısas məqsədi ilə yandırılıb? - AÇIQLAMA

9 Dek, 2021
16:24
2714

“Azərişıq” əməkdaşının avtomobili qısas məqsədi ilə yandırılıb? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bu gün Lənkəranda “Azərişıq” ASC-nin əməkdaşının maşınına benzin tökülərək yandırılıb.

“Azərişıq”ın Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə bu gün səhər saat 08:05 radələrində baş verib.

Bildirilib ki, Lənkəran şəhər sakini Əliyev Sabir bu gün qurumun Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) binasının yaxınlığına gələrək “Azərişıq” əməkdaşı, nəzarətçi-mühəndis Rauf Kərimova məxsus LADA (VAZ) 2115 markalı, 42 BO 756 dövlət nömrə nişanlı avtomobili yandırıb:

“Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Qeyd edək ki, 2020-ci ilin aprel ayında hadisəni törədən Lənkəran şəhər sakini Əliyev Sabirə məxsus dülgər sexində sayğaca baxış keçirilib. O zaman kənar xətdən istifadə (oğurluq) etdiyi aşkarlanıb və ona nəzarətçi-mühəndis Kərimov Rauf tərəfindən akt yazılıb. Daha sonra “Azərişıq” ASC əməkdaşı həmin abonent tərəfindən fiziki təzyiqə məruz qalıb. Həmin şəxsin bu əməli ilə bağlı hələ o vaxt yerli polis orqanına müraciət edilmişdir. Sonradan məhkəmə zamanı tərəflər arasında barışıq elan olunub. 

Onu da qeyd edək ki, yanğın zamanı əməkdaşımız Rauf Kərimova məxsus avtomobil, həmçinin özünə və ailəsinə aid sənədlər tamamilə yanıb. Əməkdaşımız özü isə ikinci dərəcəli yanıq xəsarəti alıb və dərhal həkimə çatdırılıb. Hadisənin araşdırılıb ciddi tədbir görülməsi ilə bağlı “Azərişıq” ASC tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri