14 
Dek
2021
20:09
345
24
1758
Virtual karabakh

Gənclər Neftçala, Saatlı, Sabirabad və Beyləqan rayonlarında yaşayan qaziləri ziyarət ediblər - FOTO

14 Dek, 2021
20:09
1758

Gənclər Neftçala, Saatlı, Sabirabad və Beyləqan rayonlarında yaşayan qaziləri ziyarət ediblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Böyük Qayğı” proqramı çərçivəsində Neftçala, Saatlı, Sabirabad və Beyləqan rayonlarında yaşayan Vətən müharibəsi qaziləri ziyarət olunub. 

Təşkilatın idarə heyətinin üzvlərinin və gənc könüllülərin iştirakı ilə baş tutan görüşlər zamanı qəhrəman qazilərimizin vəziyyəti ilə maraqlanılıb, müharibədə yaralanmış şəxslər üçün nəzərdə tutulan dəstək və xidmətlər, əlilliyin müəyyən edilmə proseduru və təyinatı haqqında, həmçinin proqram çərçivəsində könüllülər tərəfindən həyata keçiriləcək fəaliyyətlər barədə məlumat verilib. 

Bu günədək proqram çərçivəsində Bakı, Abşeron, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şəki, Şamaxı, Quba, Xaçmaz, Bərdə, Lerik, Lənkəran, Cəlilabad rayonları daxil olmaqla on səkkiz şəhər və rayonda Vətən müharibəsi qaziləri ziyarət olunaraq, sosial vəziyyətləri ilə yaxından maraqlanılıb. 

Proqramın məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə etmək, onların sosial reabilitasiyasına dəstək olmaq, onları cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən uğrunda döyüşən qəhrəmanlara dəstəyini göstərməkdir. 
Adı çəkilən proqramla yanaşı postmüharibə dövründə Vətən müharibəsi iştirakçıları üçün sosial dəstək tədbirləri çərçivəsində təşkilat tərəfindən tərəfdaş qurumların dəstəyi ilə “Qayıdış” gənc qazilər üçün sosial-psixoloji dəstək, “Qəhrəmanını tanı”, “Qazilərlərlə bir gün” və “44 Günün Qəhrəmanları” layihələri də icra olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri