Yan
2022
10:14
153
31
11931
Virtual karabakh

Nazir idarə rəisini təqaüdə göndərdi - ÖZƏL

7 Yan, 2022
10:14
11931

Nazir idarə rəisini təqaüdə göndərdi - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin rəisi polkovnik-leytenant Mahir Məmmədyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.  

Onun yerinə hələlik təyinat yoxdur. 

Məlumatı BDYPİ-dən Oxu.Az-a təsdiqləyiblər.

Qeyd edək ki, M.Məmmədyarov 2016-cı ilin sentyabrında bu vəzifəyə təyin olunmuşdu.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri