10 
Yan
2022
15:40
527
12
2217
Virtual karabakh

“Oğlumun ayağa qalxmasına kömək edin”: Balaca İbrahimin xeyirxah insanların köməyinə ehtiyacı var - FOTO

10 Yan, 2022
15:40
2217

“Oğlumun ayağa qalxmasına kömək edin”: Balaca İbrahimin xeyirxah insanların köməyinə ehtiyacı var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Media.Az uşaq serebral iflicindən əziyyət çəkən doqquz yaşlı İbrahim Şıxkamalovun vəziyyətini diqqətdə saxlamaqda davam edir.

“Oktyabrın 5-də uşağı əməliyyat etməyə nail olduq. Bu, bizim dərdimizə biganə qalmayan insanların köməyi sayəsində baş verdi. Toplanan vəsaitin demək olar ki, hamısı əməliyyata və dərmanlara xərclənib, amma uşağın reabilitasiyaya ehtiyacı var, bizim isə bunu etməyə maliyyəmiz qalmayıb. Biz özümüz də övladımıza kömək etməyə çalışırıq, onu masaj edirik, amma mütləq təcrübəli mütəxəssisə ehtiyac var. Oğlumuzun yeriyə biləcəyinə həqiqətən ümid edirdik, amma yenə də hər şey maliyyə məsələsindən asılıdır ...”, - uşağın atası Əli Şıxkamalov bildirib.

Onun sözlərinə görə, oğlunun hər gün xüsusi masaja ehtiyacı var. Hər seansın qiyməti isə 60 manatdır.

“Təsəvvür edin ki, üç ay ərzində hər gün masaj etmək lazımdır. Biz sadəcə ümidsiz vəziyyətdəyik, bilmirik nə edək, uşağa necə kömək edək... Mən sıradan işçiyəm, həyat yoldaşım təcili yardım stansiyasında işləyir. Üstəlik, kiçik uşağımız da var, bizim üçün çox çətindir...”, - Əli Şıxkamalov söyləyib.

Uşağın atası qeyd edib ki, Ukrayna vətəndaşı olduğundan ona Azərbaycanda iş tapmaqda çətindir:

“1993-cü ildə Ukraynaya köçdüm, orada studiyada musiqiçisi kimi işlədim, 2007-ci ildə vətənə qayıtdım. Təəssüf ki, bu peşəyə bizdə tələbat yoxdur, ona görə hələ də işsizəm. Həyat yoldaşım və övladlarım isə Azərbaycan vətəndaşlarıdır”.

Atanın sözlərinə görə, uşaq 2012-ci ildə doğulub.

“Həyat yoldaşım əkizlərə hamilə idi. İki oğlum dünyaya gəldi. Uşaqlar vaxtından qabaq doğulublar. Körpələrdən biri doğulduqdan 10 gün sonra öldü. Həkimlər ikincini xilas etdilər, lakin uşaq bir yaşında olanda sağlamlığı ilə bağlı problemlər görünməyə başladı. Həkimlər serebral iflic diaqnozu qoydular”, - Əli Şıxkamalov danışıb.

Uşaq serebral iflici baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır.

Əli Şıxkamalovun sözlərinə görə, müalicəyə baxmayaraq, uşağın vəziyyəti arzuolunan dərəcədə nəticə verməyib.

“Bakıda həkimlər çarəsiz qalmışdı, yalnız Rusiyada Nijnevartovsk şəhərindəki özəl klinikalardan birində bizə dedilər ki, uşaqda serebral iflic fonunda bud-çanaq displaziyası yaranıb və bu səbəbdən oğlumun yeriməsi mümkünsüz hala gəlib”, - deyə uşağın atası bildirib.

Balaca İbrahimə kömək etmək istəyənlər aşağıdakı kartın hesab nömrələrinə pul köçürməklə uşağın öz sağlamlığına qovuşmasına yardımını göstərə bilərlər:

Bank hesabının nömrəsi: 5167 5141 0895 7349

Əlaqə üçün telefon nömrələri:

070 669 74 53 Əli (ata)

070 672 62 53 Elnarə (ana).

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri