17 
Yan
2022
13:08
28
127
2587
Virtual karabakh

DYP-dən respublika yollarındakı vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO

17 Yan, 2022
13:08
2587

DYP-dən respublika yollarındakı vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarlı hava şəraiti ilə bağlı respublika yollarındakı vəziyyət açıqlanıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən məlumat verilib. 

Bildirilib ki, ötən gün saat 19:00-dan başlayaraq DİN Baş DYP İdarəsinin YPX Alayının 2-ci taqımının əməkdaşları Quba, Şabran və Xaçmaz Yol İstismar İdarələrinin işçiləri ilə birlikdə xüsusi texnikalardan istifadə edərək tədbir görüblər:

“Belə ki, görülən tədbirlər nəticəsində Gəndob-Yalama yolunun 0-48 kilometrliyində və Bakı-Quba-Dağıstan sərhədi yolunun 130-204,7-ci kilometrliyində yolun hərəkət hissələrinin qardan təmizlənməsi və duzun səpilməsi işləri davam etdirilib. Onların gücləndirilmiş rejimdə xidmət aparması nəticəsində həmin ərazilərdə yol-nəqliyyat hadisəsi baş verməyib və yolda nəqliyyat vasitələri qalmayıb”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri