21 
Yan
2022
16:37
36
292
10367
Virtual karabakh

Azərbaycanda son sutkada koronavirusdan ölənlərin sayı artdı - FOTO

21 Yan, 2022
16:37
10367

Azərbaycanda son sutkada koronavirusdan ölənlərin sayı artdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 068 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 630 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 156 nəfər müalicə olunaraq sağalıb, 8 581 nəfər vəfat edib, aktiv xəstə sayı 10 683 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 795, ötən müddət ərzində isə ümumilikdə 6 045 582 test aparılıb.

Qeyd edək ki, dünən 14 nəfər koronavirusdan ölmüşdü. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri