21 
Yan
2022
18:04
17
179
2025
Virtual karabakh

Üç kəndin su problemi nə vaxt həll ediləcək? - VİDEO

21 Yan, 2022
18:04
2025

Üç kəndin su problemi nə vaxt həll ediləcək? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tərtərin Azadqaraqoyunlu, İlxılar və Köçərli kənd sakinləri bir neçə ildir həm içməli, həm də təsərrüfat suyu sarıdan əziyyət çəkir. Üç kəndi içməli su ilə təmin edən artezian quyusu quruduğundan camaat su üzünə həsrət qalıb.

Sakinlər içməli suyu uzaq ərazilərdən daşımalı olur və ya pulla alır. Yüzlərlə sakin min bir əziyyətlə əkib-becərdiyi məhsulu suvara bilmədiyinə görə məhsuldarlığın da aşağı düşməsindən gileylənir.

Əkin sahələrində yaranan su probleminin aradan qaldırılması ilə bağlı Tərtər rayon Subartezian Quyularının İstismar İdarəsindən bildirilib ki, bu il dövlət proqramı çərçivəsində Azadqaraqoyunlu və Köçərli kəndində yeni subartezian quyuları qazılacaq.

İçməli suya gəldikdə isə Tərtər Rayon İcra Hakimiyyətindən bildirilib ki, yeni artezian quyusunun qazılması növbəti ilin layihəsinə salınıb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri