24 
Yan
2022
09:46
224
59
5405
Virtual karabakh

Şuşa və Ağdama ilk marşrut avtobuslarına satılan biletlərin sayı AÇIQLANDI

24 Yan, 2022
09:46
5405

Şuşa və Ağdama ilk marşrut avtobuslarına satılan biletlərin sayı AÇIQLANDI

Bu gündən etibarən Bakı-Şuşa-Bakı marşrutu üzrə həyata keçirilən müntəzəm avtobus reyslərinə təxminən 400 bilet satılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, fevralın 15-nə qədər sözügedən istiqamətdə bütün reyslərə bilet satışı tamamlanıb.

Məlumata görə, Qarabağa səfər etmək istəyən sərnişinlər artıq bir gün sonra yerinə yetiriləcək reyslərə bilet ala bilərlər. Eynilə Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutu üzrə həyata keçirilən avtobus reyslərində də vəziyyət eynidir.

Xatırladaq ki, Əhmədbəyli-Şuşa üzrə həftədə dörd dəfə, digər istiqamətlərdə isə həftədə iki dəfə avtobus reysləri olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti yeddi manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti beş manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Beynəlxalq Hava Limanı üzrə isə biletin qiyməti altı manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdırlar.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri