27 
Yan
2022
13:32
34
448
4445
Virtual karabakh

AAYDA asfalt çəkir, “Azərsu” sökür - AÇIQLAMA FOTO/VİDEO

27 Yan, 2022
13:32
4445

AAYDA asfalt çəkir, “Azərsu” sökür - AÇIQLAMA FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının yolun asfalt örtüyünü sökməklə təmir işləri apardığı vaxt Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarının da həmin yerdən bir neçə metr kənarda asfaltlama aparmasını əks etdirən videogörüntülər yaradıb.

Bu hadisə onlayn platformalarda geniş müzakirələrə səbəb olub. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti müzakirələrə səbəb olan məsələ barədə Oxu.Az-a açıqlama verib. 

Bildirilib ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə agentlik tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur:

“Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən İbrahimpaşa Dadaşov küçəsində təmir işlərinə start verilib. Təmir işləri küçənin Ziya Bünyadov prospekti və Məmməd Araz küçələri arasında yerləşən 650 metrlik hissəsində aparılır. Aparılan təmir işləri çərçivəsində hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, piyada səkilərinin bərpa olunması işləri aparılır. 

Bundan başqa İbrahimpaşa Dadaşov küçəsinin bir hissəsində su və kanalizasiya xətləri istismar müddətini başa vurduğu üçün rəsmi müraciət əsasında və razılaşdırılmış şəkildə “Azərsu” ASC tərəfindən ərazidə qazıntı işləri aparılır. Kommunikasiya xətlərinin yenilənməsi gələcəkdə sözügedən küçədə örtüyün vaxtından əvvəl zədələnməsini sığortalamış olacaq. 

Təəssüflər olsun ki, sözügedən küçədə aparılan işlərlə bağlı bir vətəndaş tərəfindən həqiqətə uyğun olmayan video çəkilərək sosial şəbəkələrdə paylaşılıb. Videoda həmin şəxs guya bir tərəfdə qazıntı işlərinin aparıldığını, digər tərəfdən isə asfalt döşəmə işlərinin görüldüyünü qeyd edərək ictimaiyyətə yanlış informasiya çatdırır. Halbuki sözügedən küçədə yolun hərəkət hissəsində asfalt döşəmə işləri aparılmır. 
Sözügedən video qısa müddət ərzində kütləvi informasiya nümayəndələri, sosial media platformaları istifadəçiləri tərəfindən dəqiqləşdirilmədən qərəzli surətdə təhrif olunmuş məlumat şəklində sosial şəbəkələrdə paylaşılaraq qəsdən dövlət qurumlarının fəaliyyətinə kölgə salmağa xidmət edir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri