Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ukraynadan təxliyə edilən məktəblilər Azərbaycanda təhsilə cəlb olundular
Ukraynadan mövcud vəziyyətlə əlaqədar təxliyə olunan vətəndaşlarımızın məktəbli övladları Azərbaycanda təhsilə cəlb olunublar.
Modern.az-ın əldə etdiyi məlumata görə, respublikanın müxtəlif bölgələrinə öz yaxınlarının yaşadığı ərazilərə qayıdan azərbaycanlı ailələrin övladları artıq məktəbə gedirlər. Onlar üçün yaş və sinif kateqoriyasına uyğun dərslər keçirilir.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı açıqlamasında xəbəri təsdiqləyib. Deputat bildirib ki, Azərbaycan bununla bağlı operativ addım atan ilk ölkədir:
“Ərazisində müharibə gedən Ukraynadan vətəndaşlarımızın təxliyəsi artıq rəsmi məlumat verildiyi kimi bilavasitə dövlət başçımızın nəzarəti altındadır. Onların təxliyəsi ardıcıl həyata keçirilir. Eyni zamanda ölkəmizə gələn azərbaycanlıların məktəb yaşlı övladlarının yerləşdikləri rayonlardakı müvafiq məktəblərdə təhsillərini davam etdirməsi üçün də addım atılıb.
Məlumatıma görə, şagirdlərin təhsildən geri qalmaması üçün mümkün məsələlər həll edilir”.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB
- Milli Məclis xarici dövlətlərin parlamentlərini Ermənistana təzyiq etməyə çağırıb
- Ermənistanın siyasəti iflasa uğradıldı: Keçmiş prezidentlər özlərini necə ifşa etdilər?
- BMT çərçivəsində yeni beynəlxalq konvensiya qəbul ediləcək - Deputat AÇIQLADI
- 30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Rəylər