12 
Apr
2022
14:52
20
191
3994
Virtual karabakh

Vətəndaş icbari tibbi sığortadan yararlana bilmədiyini deyir, agentlik isə...

12 Apr, 2022
14:52
3994

Vətəndaş icbari tibbi sığortadan yararlana bilmədiyini deyir, agentlik isə...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayon sakini Elbrus Hacıyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən narazıdır. 

O bildirib ki, qalxanabənzər vəzin bədxassəli şiş və iltihabla əlaqəsi olmayan böyümüş vəziyyəti (Zob) ilə bağlı Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, ona köməklik edilməyib:

“Həkimlər mənə icbari tibbi sığortadan yararlanmağın mümkün olmadığını bildirdilər”.

Məsələnin araşdırılması ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentliyin Tovuz Rayon Mərkəzi Xəstəxanasına edilən müraciət nəticəsində məlum olub ki, aprelin 5-də vətəndaş Elbrus Hacıyev sözügedən xəstəxanada endokrinoloji tibbi xidmətlə bağlı həkim müayinəsindən keçib:

“Vətəndaşa həkim göstərişinə əsasən, endokrin sistemlə bağlı laborator analizlərin verilməsi təyin edilib. Həmin gün tibbi xidmətin Tovuz Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilməsi mümkün olmayıb. Xəstəxana tərəfindən aprelin 6-da laborator analizlərin özəl tibb müəssisəsində həyata keçirilməsinə dəstək göstərilib”.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşın xidmətlər zərfindən yararlandığını bildirsə də, vətəndaş isə qeyd edib ki, aprelin 6-da heç bir analiz götürülməyib. 

Məlumat üçün bildirək ki, tibbi göstəriş olduğu halda, ixtisaslı həkimin göstərişi əsasında endokrin sistemlə bağlı aşağıdakı analizlər Xidmətlər Zərfi ilə təminata alınır:

Əsas metabolik panel (Kalsium, ionlaşmış). Bu panel aşağıdakıları əhatə etməlidir: Kalsium, ionlaşmış (172330), Karbon dioksid (172374), Xlor (172435), Kreatinin (172565), Qlükoza (172947), Kalium (174132), Natrium 174295), Urea nitrogeni (BUN) (174520)

Tiroid stimulyasiyaedici hormon (TSH)

Macro TSH (Tiroid stimul)

Tiroid hormon (T3 və ya T4) tutulması və ya tiroid hormon birləşdirmə nisbəti (THBR)

Triyodtironin T3; ümumi (TT-3)

Triyodtironin T3; sərbəst

Tiroid hormon (T3 və ya T4) tutulması və ya tiroid hormon birləşdirmə nisbəti (THBR)

 İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri