14 
Apr
2022
12:08
130
155
2514
Virtual karabakh

Lahıcda uçqun nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB

14 Apr, 2022
12:08
2514

Lahıcda uçqun nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lahıcda torpaq uçqunu zamanı bağlanan yol açılıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

“Bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-liyində yolun hərəkət hissəsinə tökülən qaya parçalarının əsas kütləsi təmizlənərək yolda hərəkət qismən bərpa olunub”, - deyə qeyd edilib.

09:36

“Lahıcda torpaq uçqunu zamanı bağlanan yolun açılması istiqamətində işlər aparılır”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, dağdan yolun hərəkət hissəsinə qaya parçaları tökülüb:

“Dörd texnika və canlı qüvvə cəlb edilib. Qısa müddət ərzində yol qaya parçalarından təmizlənəcək”.

İlhamə Əbülfət

09:20

İsmayıllı rayonunda böyük ərazidə yenidən torpaq uçqunu baş verib.

APA-nın xəbərinə görə, İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib. Bu gün səhər saatlarında hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayanıb.

Dağ uçqunu yolu böyük ərazidə bağlayıb. Yolun qısa vaxtda açılması mümkün deyil. Bunun üçün əraziyə çoxlu ağır texnikanın və işçi qüvvəsinin cəlb edilməsi nəzərdə tutulur.

Hazırda bir saatdan çoxdur ki, yolun bağlı qalması səbəbindən avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi dayanıb, sürücülər yolun açılmasını gözləyirlər. Əraziyə gələn mütəxəssislər Lahıc və ətrafdakı kəndlərin sakinlərinin İsmayıllı şəhərinə gediş-gəlişi üçün alternativ olaraq Dəmirçi-Şamaxı-Muğanlı-İsmayıllı yolundan istifadə etmələrini tövsiyə edirlər.

Qeyd edək ki, son bir ayda İsmayıllı rayonuna yağan qar və yağış səbəbindən Lahıc yolunda tez-tez torpaq sürüşmələri baş verir. Ötən həftə orada baş verən dağ uçqunu zamanı bir neçə saat yol bağlı qalmışdı. Bu gün baş verən torpaq uçqununun miqyası isə daha böyükdür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri