18 
Apr
2022
11:05
18
317
9716
Virtual karabakh

Üç körpəni yetim qoyan tək atəş - VİDEO

18 Apr, 2022
11:05
9716

Üç körpəni yetim qoyan tək atəş - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ehtiyatsızlıqdan baş verən dəhşətli hadisə 3 körpənin valideyn qayğısından məhrum qalmasına səbəb olub.

Bu barədə Baku.TV-nin hazırladığı materialda qeyd edilib.

Belə ki, ov tüfəngi Əhmədovlar ailəsinə od salıb. Ehtiyatsızlıqdan törədilən cinayət, Rövşən, Rəvan və Səma adlı uşaqları əbədi anasız, uzun illərdir ki, həm də atasız qoyub. Hadisə nəticəsində üç uşaq anası Pərvanə Əhmədova ölüb. Həyat yoldaşı Fəqan Əhmədov isə cəzaçəkmə müəssisəsindədir.  

Belə ki, Fəqan Əhmədov Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. O, bir neçə günlük məzuniyyətə çıxaraq, ailəsi ilə birlikdə bağ evində olub. Gecə saatlarında ehtiyatsızıqdan ov tüfəngindən açılan atəşlə məlum hadisəni törədib.

Təqsirləndirilən şəxsin anası deyir ki, 2006-cı ildə qurulan ailədə bir dəfə də olsun söz-söhbət yaşanmayıb. Hər iki ailənin yaxınları F.Əhmədova verilən cəzanın azaldılması, məsələyə obyektiv yanaşılması və üç körpəsinin vəziyyətini nəzərə alaraq ev dustaqlığına buraxılması üçün aidiyyəti qurumlara müraciət edir.

Övladları ataları üçün darıxdıqlarını deyirlər, ailənin kiçik qızı Səma isə artıq bir ilə yaxındır ki atasının işdə olduğunu düşünür.

Həmin materialı təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri