13 
May
2022
17:40
116
37
704
Virtual karabakh

Azərbaycan Avropa Vəkillər Kollegiyaları Assosiasiyasına üzv olub - FOTO/VİDEO

13 May, 2022
17:40
704

Azərbaycan Avropa Vəkillər Kollegiyaları Assosiasiyasına üzv olub - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Assosiasiyasının (CCBE) plenar iclasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (Azerbaijani Bar Association) həmin təşkilata üzv qəbul olunub.

Oxu.Az xəbər verir ki, CCBE - “Council of Bars and Law Societies of Europe” Avropa Şurası və Avropa İttifaqına üzv olan bütün ölkələrin vəkillər kollegiyalarını birləşdirən ən nüfuzlu təşkilatdır.

Dörd illik məhsuldar fəaliyyətin nəticəsi olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası CCBE tərəfindən müstəqil peşə birliyi olaraq rəsmən tanınmış və gərgin müzakirələrin nəticəsində böyük səs çoxluğu ilə təşkilata üzv qəbul olunub.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri