21 
May
2022
14:52
27
301
3202
yuxarı
Səlim Müslümov müalicə müəssisəsinə köçürülüb
21 May, 2022
14:52
3202
27
301
Səlim Müslümov müalicə müəssisəsinə köçürülüb
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində problem yaranıb.
APA-nın əldə etdiyi xəbərə görə, ilkin müayinədən sonra sabiq nazir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülüb.
Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Xatırladaq ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.
Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək