Bu gün Azərbaycanda 2021/2022-ci dərs ilinin başa çatması ilə bağlı bütün ümumi təhsil müəssisələrində “Son zəng” keçirilir.
Təhsil naziri Emin Əmrullayevin əmri ilə “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunmalıdır.
Qeyd edək ki, 2021/2022-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirir. IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır.
2021/2022-ci tədris ilində ümumtəhsil məktəblərində fəaliyyət göstərən 5896 məktəbəhazırlıq qrupunu 100 529 nəfər uşaq başa vurub.
“Global Photo Stock”un əməkdaşı “Son zəng”dən fotolar lentə alıb.
Daha çox şəkil üçün: Photostock.az
Rəylər