27 
İyn
2022
16:55
132
42
1756
Virtual karabakh

Qarğıdalı arasında çətənə: Zaqatala sakini narkotik bitkilərə qulluq edərkən YAXALANDI - FOTO/VİDEO

27 İyn, 2022
16:55
1756

Qarğıdalı arasında çətənə: Zaqatala sakini narkotik bitkilərə qulluq edərkən YAXALANDI - FOTO/VİDEO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Paşan kəndi ərazisindəki qarğıdalı sahəsində çətənə kollarının becərilməsi barədə polis şöbəsinə məlumat daxil olub.

Ərazi dərhal nəzarətə götürülüb və keçirilən əməliyyat tədbiri nəticəsində həmin kənd sakini Məmməd İsayev narkotik tərkibli bitkilərə qulluq edərkən yaxalanıb. Əraziyə baxış zamanı oradan kultivasiya edilən 25 ədəd çətənə kolu aşkarlanıb.

M.İsayev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl icarəyə götürdüyü torpaq sahəsində becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri