29 
İyn
2022
11:12
44
391
23126
Virtual karabakh

Bakının mərkəzindəki güclü yanğından geriyə qalanlar - YENİLƏNİB + FOTO/VİDEO

29 İyn, 2022
11:12
23126

Bakının mərkəzindəki güclü yanğından geriyə qalanlar - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verildiyi kimi, gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva və R.Rza küçələrinin kəsişməsində yerləşən obyektdə yanğın baş verib. 

Hadisə zamanı iki ədəd gözətçi konteyneri, tikinti materialları, “Mercedes 200” və “Nissan Pathfinder” markalı minik avtomobilləri yanıb. 

“Global Photo Stock”un əməkdaşı güclü yanğından sonra ərazidəki vəziyyəti lentə alıb. 

Həmin görüntüləri təqdim edirik:

Daha çox şəkil burada: Photostock.az

09:54

Xəbər verildiyi kimi, gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva və R.Rza küçələrinin kəsişməsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Bununla bağlı FHN məlumat yayıb. 

Bildirilib ki, havanın güclü küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin hadisəyə operativ müdaxiləsi və peşəkarlıqları sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində tikinti meydançasının ərazisində hər birinin sahəsi 15 kvadratmetr olan dəmir konstruksiyalardan ibarət iki ədəd gözətçi konteynerinin taxta üzlüyü və içərisində olan əşyalar, 100 kvadratmetr sahəyə yığılmış tikinti materialları, bir ədəd ağac və yaxınlıqda dayanmış vətəndaşlara məxsus “Mercedes 200” və “Nissan Pathfinder” markalı minik avtomobillərinin yanar hissələri yanıb. 

Ərazidə olan digər tikinti materialları, yaxınlıqda dayanmış avtomobillər və yaxınlıqdan keçən diametri 159 mm olan qaz xətti yanğından mühafizə olunub.

02:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Qış parkı”nın yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə FHN xəbər yayıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub.

İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti materialları yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

01:27

Paytaxtın Nəsimi rayonunda baş vermiş yanğın söndürülüb. 

Bu barədə hadisə yerində olan Baku TV-nin müxbiri məlumat verib. 

Onun sözlərinə görə Rəsul Rza və Mirzəağa Əliyev küçələrinin kəsişməsindəki yarımtikilidə başlamış yanğın daha sonra yaxınlıqdakı dayanacağa keçib və orada olan iki avtomobil yanaraq tamamilə yararsız hala düşüb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin beş yanğınsöndürmə briqadası və Təcili Tibbi Yardım komandası cəlb edilib. 

Yaxınlıqda olan sakinlər təhlükəsiz əraziyə təxliyə olunublar. 

Güclü küləyə baxmayaraq, yanğın qısa zamanda öncə lokallaşdırılıb, daha sonra isə tamamilə söndürülüb və ərazidə soyutma işləri aparılıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. 

 

00:44

Paytaxtın Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

Belə ki, hadisə Mirzəağa Əliyev və Rəsul Rza küçələrinin kəsişməsində yerləşən yarımtikilidə qeydə alınıb. 

Yanğın yarımtikilinin yanında olan dayanacaqda dayanan avtomobillərə də keçib. Nəticədə iki avtomobil tamamən yarasız vəziyyətə düşüb. 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri