Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Özünü övladları ilə binadan atan qadınla bağlı YENİ FAKTLAR: Əvvəl də intihara cəhd edib - YENİLƏNİB + VİDEO
Dünən axşam saatlarında qadının iki azyaşlı övladı ilə özünü beşinci mərtəbədən atması ilə əlaqədar araşdırmalar davam etdirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
12:47
Dünən axşam saatlarında iki azyaşlı övladı ilə özünü beşinci mərtəbədən atan qadının intiharının yeni təfərrüatı üzə çıxıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qayınana gəlini Aytən Abbasova ilə mütəmadi olaraq mübahisə edirmiş.
Ötən gün axşamüstü gəlinlə qayınana arasında yenidən mübahisə başlayıb. Səs-küyə gələn binanın mühafizə xidmətinin əməkdaşları mənzilin qapısını dəfələrlə döysələr də, açan olmayıb.
Aldığımız digər məlumata görə, Aytən Abbasova bundan öncə də intihara cəhd edib. Lakin qonşular buna mane olub.
12:21
Dünən axşam saatlarında iki azyaşlı övladı ilə özünü beşinci mərtəbədən atan qadının intiharı ilə bağlı yeni faktlar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, iki övladı ilə intihara cəhd edən Abbasova Aytən qayınanasının ad gününü təbrik etmədiyi üçün aralarında mübahisə yaranıb. Hadisə bundan sonra baş verib.
Qeyd edək ki, Aytən Abbasovanın həyat yoldaşı Suslan Abbasov bu gün Moskvadan Bakıya qayıdır.
TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər:
“Hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir. Digər azyaşlı tibb müəssisəsinə aparılan zaman yolda dünyasını dəyişib”.
09:16
Dünən axşam saatlarında iki azyaşlı övladı ilə özünü beşinci mərtəbədən atan qadınla bağlı bəzi detallar məlum olub.
Belə ki, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib.
Məlum olub ki, qadın intihara cəhddən əvvəl qayınanası ilə mübahisə edibmiş.
Özünü evin eyvanından atan 1997-ci il Aytən Abbasova Marif qızı və 4 yaşlı Sofiya Abbasova xəstəxanaya yerləşdiriliblər.
Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova dünyasını dəyişib.
İntiharın dəqiq səbəbi bilinmir. Faktla bağlı araşdırma aparılır.
Qeyd olunub ki, qadının əri Rusiyada yaşayır.
Daha ətraflı Baku TV-nin süjetində:
01:21
Bakıda qadın iki uşağı ilə birlikdə intihar edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Yasamal Yaşayış Kompleksində baş verib.
Belə ki, ana iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən atıb. Ana, eləcə övladlarından biri sağ qalsa da, digər uşaq hadisə yerində keçinib.
Hadisə yerinə iki təcili yardım briqadası çağırılıb.
İntiharın dəqiq səbəbi bilimir.
Faktla bağlı araşdırma aparılır.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
- Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? - ŞİKAYƏT
Rəylər