11 
Avq
2022
23:46
24
380
3657
Virtual karabakh

Türkiyə vətəndaşı olan sürücü Zaqatalada qəzada həlak olub - YENİLƏNİB + FOTO

11 Avq, 2022
23:46
3657

Türkiyə vətəndaşı olan sürücü Zaqatalada qəzada həlak olub - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada qəzada ölən şəxsin Türkiyə vətəndaşı olduğu məlum olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, yük avtomobili sürücüsünün Türkiyə vətəndaşı olduğu müəyyən edilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirlir. O, idarə etdiyi avtomobili yolun kənarında saxlayıb. Yolu keçmək istəyən sürücünü “Mercedes Vito” markalı 99 VR 062 dövlət nömrə nişanlı mikroavtobus vurub.

22:43

Zaqatalada maşın vuran yük avtomobili sürücüsü hadisə yerində ölüb.

APA xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Şəxsiyyəti hələlik müəyyən edilməyən kişini minik avtomobili vurub.

Qəza zamanı ağır bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb. Ölən şəxsin yük avtomobilinin sürücüsü olduğu bildirilir. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birlinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri