Sen
2022
10:54
223
7
1930
Virtual karabakh

Koronavirusa yoluxan Xalq artisti evə buraxıldı

5 Sen, 2022
10:54
1930

Koronavirusa yoluxan Xalq artisti evə buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Ənvər Həsənov müalicə aldığı Xəzər Tibb Mərkəzindən ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Bildirilib ki, Xalq artistinin öz istəyi və həkimlərin tibbi rəyinə uyğun olaraq müalicəsi həkim müşahidəsi altında evdə davam edəcək.

Qeyd edək ki, Ə.Həsənov avqustun 28-də bronxopnevmaniya diaqnozu ilə Xəzər Tibb Mərkəzində stasionar müalicəyə qəbul edilib. Avqustun 30-da isə “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub. 

Eyni zamanda, 31.08.2022-ci ildə Xalq artistinin ağciyərinin yoxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoloq dəvət edilib. Müayinə zamanı Xalq artistinin ağciyərində hər hansı ağırlaşmanın olmadığı və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib.

Xatırladaq ki, Xalq artisti həmçinin uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri