Okt
2022
13:47
174
31
5021
Virtual karabakh

Ağdama ilk köç nə zaman başlayır? - Xüsusi nümayəndə açıqladı + VİDEO

5 Okt, 2022
13:47
5021

Ağdama ilk köç nə zaman başlayır? - Xüsusi nümayəndə açıqladı + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma işlərini Azərbaycan öz gücünə həyata keçirir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən Milli Şəhərsalma Forumunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər Ağdamın baza infrastruktur işlərinin yekunlaşması gözlənilir. Emin Hüseynov qeyd edib ki, 2023-cü ilin sonunda əsas tikinti layihələri həyata keçiriləcək.

“Yaxın 2 il ərzində Ağdamda mühüm işlərə başlanılacaq”, - deyə o əlavə edib. Xüsusi nümayəndə bildirib ki, Ağdama ilkin mərhələdə 2025-ci ildə əhalinin köçürülməsinin başlanması gözlənilir.

“İlk mərhələdə 10 min nəfərin köçü baş tuta bilər”, - deyə o bildirib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri