11 
Okt
2022
15:27
18
319
10758
Virtual karabakh

Bakıda ölümlə nəticələnən ağır qəza ilə bağlı detallar bəlli oldu - YENİLƏNİB + VİDEO

11 Okt, 2022
15:27
10758

Bakıda ölümlə nəticələnən ağır qəza ilə bağlı detallar bəlli oldu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verən yol qəzasının detalları bəlli olub.

Faktla bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli hadisənin oktyabrın 10-u saat 17:20-də baş verdiyini deyib:

“Kürdəxanı şosesi, Əjdər Məlikov küçəsində yerləşən “Nail Market”in qarşısında 1999-cu il təvəllüdlü Sumqayıt sakini Əhmədova İlkanə Rəsul qızının idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobil yolun sağında dayanmış vəziyyətdə olan 1982-ci il təvəllüdlü Naxçıvan sakini Kərimov Emil Əli oğluna məxsus “Audi” markalı avtomobilə və 1984-cü il təvəllüdlü Kəlbəcər rayonu sakini Umudov Fəxri Məzahir oğluna məxsus “Mitsubishi” markalı avtomobilə çırpılıb. 

Fəxri Umudov aldığı xəsarət nəticəsində hadisə yerində həyatını itirib. İlkanə Əhmədova isə sərxoşluq dərəcəsinin müəyyən olunması üçün həkim müayinəsindən keçib və sərxoş olmadığı müəyyən edilib”.

14:26

Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza zamanı “Chevrolet” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan BMW markalı maşına çırpılıb.

Hadisə nəticəsində avtomobillər yararsız hala düşüblər. Məlumata görə, qəza zamanı ölən və xəsarət alan var.

Əraziyə dərhal təcili tibbi yardım maşını cəlb olunub. 

 
Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri