Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Qazaxda qədim üsullarla hazırlanan qurutu hətta xaricdən sifariş edənlər var - VİDEO
Qazax rayonunun Ürkməzli kəndində indi də qurutu qədim ənənələr əsasında hazırlayırlar.
Kənd sakini Çəmən Orucova bu gün də nənələrindən öyrəndiyi üsullarla hər həftə nehrə çalxalayır, yağ düzəldir, yağdan ayrılan ayranla isə qurut hazırlayır. Bu ənənəni o, 30 ildir davam etdirir.
Düzgün hazırlanmış, vitaminlərlə zəngin olan qurutu keyfiyyətini itirmədən 7-8 il saxlamaq mümkündür.
Çəmən Orucova nehrə ilə qurut hazırlanmasının çətin olduğuna görə insanların artıq bu üsuldan imtina etdiklərini deyir. Hətta artıq daha asan başa gələn qatıq süzməsindən qurut hazırlayırlar.
Bazara mal çıxarmayan Çəmən Orucovanın hazırladığı məhsulları elə evindən alıb aparırlar. Onun hazırladığı qurutları hətta ölkə xaricindən də sifariş edənlər çox olur.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

"Qazax" teqi üzrə xəbərlər
- Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər
- Aİ-nin sərhəd avantürası - "Missiya" bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib
- Qazaxda 19 yaşlı oğlan intihar edib
- Gənc qadın dərman içib özünü bıçaqladı: Qazaxda baş verən hadisənin TƏFƏRRÜATI
- Qazaxda evdə yanğın olub