Noy
2022
09:48
149
4
1972
Virtual karabakh

Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıblar - FOTO

1 Noy, 2022
09:48
1972

Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıblar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dörd nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının son günlərdə keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Hacıqabul rayon sakinləri Samid Minaxanov, İmran Novruzov, Bəxtiyar Həsənov və Sabirabad rayon sakini Nurlan Baxşızadə saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar edilib.

Saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri