Bu gün qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı barəsində Qaradağ Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.
“Qafqazinfo” xəbər verir ki, o, proses zamanı bu sözləri deyib:
“Mənim maşınımda görüşdük. O, qarşıda sərnişin yerində əyləşmişdi. Aramızda münaqişə yarandı. Bıçaq onun əlində idi. Mənim şərəf və ləyaqətimi təhqir etdi. Mən onun əlindəki bıçağı alıb ona zərbə endirdim. Yalnız birinci zərbəni xatırlayıram. Digərləri yadıma gəlmir. Maşını bir az sürəndən sonra qapını açıb meyiti aşağı atdım”.
Ekspertiza müəyyən edib ki, Rəşad Dağlı İskəndərə ümumilikdə 14 bıçaq zərbəsi vurub.
21:54
Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) tanışı İskəndər Mehtiyevə ümumilikdə 14 bıçaq zərbəsi vurub.
"Report"un əldə etdiyi məlumata görə, bu barədə Qaradağ Rayon Məhkəməsində istintaq materialları elan edilərkən qeyd olunub.
Hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə meyxanaçı özünü təqsirli bilib.
O deyib ki, hadisə zamanı İ.Mehtiyevin əlində bıçaq olub: "Özümü müdafiə etməyə çalışdım. Birinci zərbəni onun ürək nahiyəsinə vurmuşam, digərlərini isə xatırlamıram".
Xatırladaq ki, bu gün Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
21:23
Bakıda qətl törədən tanınmış meyxana ustası Rəşad Dağlının məhkəmədə ifadəsi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Rəşad Dağlı bu gün Qaradağ rayon Məhkəməsində verdiyi ifadəsində bildirib ki, o hadisə zamanı qətl törətmək fikrində olmayıb.
O qeyd edib ki, hadisə vaxtı bıçaq İskəndər Mehtiyevdə olub və o, Rəşad Dağlını öldürməyə cəhd edib. Rəşad isə əlbəyaxa zamanı həmin bıçağı ondan alıb və İskəndər Mehtiyevi qətlə yetirib.
21:10
Qaradağ rayon məhkəməsində qətldə təqsirləndirilən meyxana ustası Rəşad Əmirovun (Dağlı) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Oxu.Az xəbər verir ki, prosesdə təqdimat təmin edilib və Rəşad Dağlı barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, tanınmış meyxana ustası Rəşad Dağlı noyabrın 9-u saat 05 radələrində Bakının Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi qətlə yetirib.
Qaradağ rayon prokurorluğunun yaydığı məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
Qətli törətməkdə şübhəli bilinən meyxana ifaçısı Rəşad Əmirov (Dağlı) Qaradağ rayon məhkəməsinə gətirilib. Onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir. İclasa hakim Teymur Qurbanov sədrlik edəcək.
20:08
Qətli törətməkdə şübhəli bilinən meyxana ifaçısı Rəşad Əmirov (Dağlı) Qaradağ rayon məhkəməsinə gətirilib.
Oxu.Az xəbər verir ki, onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir. İclasa hakim Teymur Qurbanov sədrlik edəcək.
18:39
Rayon ərazisində qətl törətməkdə təqsirləndirilən meyxana ifaçısı Rəşad Əmirovun (Dağlı) barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanından Qaradağ Rayon Məhkəməsinə təqdimat daxil olub.
Oxu.Az-ın məlumatına görə, iş hakim Teymur Quliyevin icraatına verilib.
Baku TV-nin Qaradağ Rayon Məhkəməsindən canlı yayımını təqdim edirik:
Bu gün qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı barəsində Qaradağ Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.“Qafqazinfo” xəbər verir ki, o,...
18:27
Rayon ərazisində qətl törətməkdə təqsirləndirilən meyxana ifaçısı Rəşad Əmirovun (Dağlı) barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanından Qaradağ Rayon Məhkəməsinə təqdimat daxil olub.
Oxu.Az-ın məlumatına görə, iş hakim Teymur Quliyevin icraatına verilib.
Yaxın saatlarda R.Dağlının məhkəməyə çıxarılacağı və təqdimata baxılacağı gözlənilir.
16:33
İki gündür ki, Rəşadla əlaqə saxlamağa cəhd edirəm. Axşam ona yemək aparmaq istədim, amma dedilər ki, onda hər şey var.
Bu barədə Qaradağ Rayon Məhkəməsinin qarşısına toplaşan jurnalistlərə qətldə şübhəli bilinən Rəşad Əmirovun (Dağlı) dostu Ataş Hüseynov məlumat verib.
A.Hüseynovun sözlərinə görə, hadisədən bir gün əvvəl o, meyxana ifaçısının iştirak etdiyi tədbirdə olub.
“Mən bu hadisənin görüntülərini paylaşdım. Münaqişənin bu zaman və ya ondan sonra yarandığını bilmirik. Amma hazırda əsas odur ki, içəri vəkili buraxmırlar. Polis idarəsinin növbətçi şöbəsinin əməkdaşları bildiriblər ki, nə vəkilə, nə də başqasına Rəşadla görüşməyə icazə vermirlər. Dostum olanları heç kimə danışmayıb. Nə qardaşı, nə də mən onun belə bir iş görəcəyini bilmirdik. Bilsəydik, onu fikrindən daşındırardıq. Rəşad idmançıdı, əlləri güclüdü. Heç vaxt yanında bıçaq gəzdirməyib. Hər hansı problem olsaydı o, əlbəyaxa olardı, məncə o, özünü müdafiə edib. Amma hər şey son araşdırmadan sonra aydınlaşacaq”, - deyə o, bildirib.
15:17
Tanışını öldürməkdə şübhəli bilinən meyxana ustası Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov yenidən Bakının Qaradağ rayon prokurorluğuna aparılıb.
Oxu.Az-ın məlumatına görə, hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu gün məhkəmənin onun barəsində həbs-qətimkan tədbiri seçəcəyi gözlənilir.
14:15
Dostunu qətlə yetirməkdə şübhəli bilinən, meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakı Narkoloji Mərkəzində müayinə olunub.
APA-nın məlumatına görə, narkotik müayinəsindən sonra Rəşad Dağlı hadisə yerinə aparılıb.
12:42
Dostunu öldürməkdə şübhəli bilinən meyxana ustası Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayon prokurorluğuna aparılıb.
APA-nın məlumatına görə, onun təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması üçün nəzarət orqanında zəruri tədbirlər görülüb. Daha sonra Rəşad Dağlının hadisə yerinə aparıldığı qeyd edilir.
11:59
Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) Qaradağ rayon prokurorluğuna aparılıb.
APA-nın məlumatına görə, hazırda nəzarət orqanı onun təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görür.
10:27
Meyxana ustası Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov bu gün məhkəmə qarşısına çıxa bilər. O, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin qətlində şübhəli bilinir.
Cinayət noyabrın 9-da saat 05:00 radələrində kişilər arasında şəxsi münaqişə zəminində törədilib və bu zaman Rəşad İskəndərə çoxsaylı bıçaq xəsarətləri yetirib.
Oxu.Az-ın məlumatına görə, Qaradağ Rayon Məhkəməsində R.Əmirovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılacağı gözlənilir.
İ.Mehtiyevin öldürülməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Dağlının təqsiri sübuta yetirilərsə, onu 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. Təxminən 15 gün əvvəl öldürülən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirli bilinərək uzun müddət cəza çəkdiyi cəzaçəkmə müəssisəsini tərk edib.
Könül Cəfərli
Rəylər