18 
Noy
2022
22:19
29
204
2177
Virtual karabakh

Samuxda mübahisə zamanı 37 yaşlı kişini bıçaqlayan şəxs SAXLANILDI - YENİLƏNİB

18 Noy, 2022
22:19
2177

Samuxda mübahisə zamanı 37 yaşlı kişini bıçaqlayan şəxs SAXLANILDI - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samux rayonunda 37 yaşlı şəxsi bıçaqlamaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun “Report”a verdiyi məlumata görə, Samux Rayon Polis Şöbəsinə Goranboy rayon sakini Elçin Qurbanovun daxilə keçməyən bıçaq xəsarəti alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini B.Məmmədov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bıçaq xəsarəti alan E.Qurbanov Samux rayonunda fermada mal-qaraya nəzarət edən şəxs olub. Hadisəni törətməkdə şübhəli bilinən də onunla bərabər həmin fermada çalışanlardan biridir.

21:37

Samuxda 37 yaşlı kişi bıçaqlanıb.

“Report”un məlumatına görə, rayon sakini, 1985-ci il təvəllüdlü E.Qurbanov mübahisə zəminində 2 bıçaq xəsarəti alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri