Dek
2022
16:36
67
157
5745
Virtual karabakh

Aparıcı Namidə İsayeva yeni vəzifəyə təyin olundu

9 Dek, 2022
16:36
5745

Aparıcı Namidə İsayeva yeni vəzifəyə təyin olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı Namidə İsayeva Nizami Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr və mətbuat rəhbəri təyin edilib. 

Bizim.Media xəbər verir ki, əmək fəaliyyətinə “Azərbaycan dili və ədəbiyyatı” müəllimi kimi başlayan Namidə İsayeva daha sonra sağlamlıq turizmi sahəsində işini davam etdirib.

2019-cu ildən “Lider” TV-də “Həkimim” verilişində, daha sonra “Xəzər” FM-də yayımlanan “Radio doktor” verilişi və hazırda ARB telekanalında yayımlanan “Yeni mən” verilişində layihə rəhbəri və aparıcı olaraq fəaliyyətini davam etdirib.

Məlumat üçün qeyd edək ki, “Nizami Tibb Mərkəzi” publik hüquqi şəxs 2021-ci ildən yaradılıb.

“Azərsutikinti” xəstəxanası, 11 saylı Birləşmiş Şəhər Xəstəxanası, 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası və 7 saylı Doğum Evi Nizami Tibb Mərkəzinin strukturuna daxildir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri