13 
Dek
2022
20:25
272
26
1577
Virtual karabakh

Cəlilabadda narkotik təsiri altında avtomobil sürən şəxs saxlanıldı

13 Dek, 2022
20:25
1577

Cəlilabadda narkotik təsiri altında avtomobil sürən şəxs saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda rayon ərazisində narkotik təsiri altında hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, sürücü yol hərəkət qaydasını pozduğu üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Cəlilabad rayon sakini R.Astanovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən R.Astanoun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri