19 
Dek
2022
22:00
77
561
11053
Virtual karabakh

Ucarda 16 yaşlı qızın iki dəfə toyu olub - YENİLƏNİB + VİDEO

19 Dek, 2022
22:00
11053

Ucarda 16 yaşlı qızın iki dəfə toyu olub - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucarda yetkinlik yaşına çatmayan qızın evləndirilməsinin təfərrüatı məlum olub.

Belə ki, dekabrın 17-də rayonun Qaracallı kəndində toy şənliyi təşkil edilən kənd sakini olan 16 yaşlı qız (yetkinlik yaşına çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib.

Bəyin qardaşı Nazir Lətifovun sözlərinə görə, cütülüyün bir həftə əvvəl qız toyu olub:

“Hər iki tərəfin razılığı olub. Qız hazırda 17 yaşın içindədir”.

Daha ətraflı Baku TV-nin süjetində:

12:28

Ucar rayonunda yetkinlik yaşına çatmayan qızın toy mərasimi olub.

“Report” xəbər verir ki, toy şənliyi dekabrın 17-də rayonun Qaracallı kəndində təşkil edilib.

Belə ki, kənd sakini olan 16 yaşlı qız (yetkinlik yaşına çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib.

Məlumata görə, bir həftə əvvəl cütlüyün qız toyu olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov “Report”un yerli bürosuna bildirib ki, toy məclisi ilə bağlı artıq Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri