Yan
2023
18:38
28
480
3194
Virtual karabakh

Qarda sürüşərək yıxılan 25 nəfər təcili tibbi yardıma müraciət edib - YENİLƏNİB

9 Yan, 2023
18:38
3194

Qarda sürüşərək yıxılan 25 nəfər təcili tibbi yardıma müraciət edib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub.

Bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, onlardan 18-i qadın, 7-si kişidir. Müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin taravmaları ilə bağlı olub. 

Xəsarət alanlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub. 

Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.

14:24

Hava şəraiti ilə əlaqədar olaraq dünən axşam saatlarından etibarən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 12 nəfər müraciət edib. 

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, 11-i qadın, 1- i kişi olmaqla ümumilikdə 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib. Zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə isə qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbi ilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına isə 16 müraciət daxil olub. Onlardan 13-ü qadın, 3-ü kişidir. Müraciətlər əsasən oynaq, çanaq, bilək, topuq, əl nahiyələrinin travmaları ilə bağlı olub. Xəsarət alanlardan biri uşaq, digərləri isə 42-61 yaş aralığında şəxslər olub. Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.

11:46

Ötən gün gecə saatlarından başlayan qarlı hava şəraiti səbəbindən insanlar səkilərdə hərəkət zamanı çətinliklər yaşayırlar. Son məlumata görə, hava şəraiti ilə bağlı 1 nəfər xəsarət alıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində 73 yaşlı 1 kişi yıxılıb. Hadisə nəticəsində o, bud-çanaq oynağı travması ilə hospitalizasiya olunub.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri