12 
Yan
2023
15:56
22
225
5089
yuxarı
Bakıda qırmızı işıqda keçən “Toyota” qəza törətdi: Xəsarət alan var - VİDEO
12 Yan, 2023
15:56
5089
22
225
Bakıda qırmızı işıqda keçən “Toyota” qəza törətdi: Xəsarət alan var - VİDEO
Paytaxtın 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, iki minik avtomobili toqquşub. Zərbənin təsirindən nəqliyyat vasitələrindən biri aşıb.
Qəza ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Araz Əsgərli bildirib ki, bu gün saat 15:00-da “Toyota Camry” markalı avtomobil işıqforun qırmızı işığından keçib və BMW markalı avtomobillə toqquşub:
“Daha sonra BMW markalı avtomobil dirəyə çırpılıb və aşıb. Baş verən hadisə zamanı xəsarət alan var. Araşdırma aparılır”.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza zamanı təhlükəsiz şəhər kamerası da yararsız vəziyyətə düşüb.
Həmin qəza yerindən görüntüləri təqdim edirik:
İlhamə Əbülfət
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək