16 
Yan
2023
18:46
287
13
2885
Virtual karabakh

Yasamalda narkotiklə bağlı 14 nəfər tutulub - VİDEO

16 Yan, 2023
18:46
2885

Yasamalda narkotiklə bağlı 14 nəfər tutulub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin ərazi şöbə və bölmələri tərəfindən ilin əvvəlindən rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 14 nəfər saxlanılıb. 

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, qanunsuz dövriyyədən külli miqdarda - 7 kiloqrama yaxın heroin, eləcə də digər növdən olan narkotik vasitə və psixotrop maddə olan metamfetamin çıxarılıb. Saxlanılanlardan üçü - Elnur Hüseynov, tanışı Rəhman Hüseynov və Emil Əliyev - Yasamal rayonunda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxslərdən olub. Onlar narkotikləri sosial şəbəkələr vasitəsilə xarici ölkələrdə yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiklərini bildiriblər.

Aşkar edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri