Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Prezidentin tapşırığı ilə Türkiyəyə yola düşən Azərbaycanın xilasetmə qrupu ünvana çatıb -YENİLƏNİB+VİDEO/FOTO
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə heyəti artıq Türkiyəyə çatıb.
Bu barədə “Haber Global” kadrlar təqdim edib.
Bildirilir ki, FHN-in 370 nəfərlik heyəti Adana hava limanındadır.
“Dost və qardaş Azərbaycandan 370 nəfərlik axtarış-xilasetmə qrupu Adanada bölgəyə doğru hərəkət edir”, - deyə məlumatda bildirilir.
11:54
Bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşməsi üçün Beynəlxalq Hava Limanına toplaşıb.
Oxu.Az-ın məlumatına görə, şəxsi heyət yaxın saatlarda Türkiyənin zəlzələ baş verən zonasına yollanacaq.
Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 1710 bina dağılıb, azı 284 nəfər həlak olub, 2323 nəfər yaralanıb.
PhotoStock.az-ın Beynəlxalq Hava Limanından hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock
İlhamə Əbülfət
Rəylər