Fev
2023
16:30
1232
69
31396
Virtual karabakh

Türkiyəyə yardım aparan Sərvərə bahalı maşın hədiyyə edildi

9 Fev, 2023
16:30
31396

Türkiyəyə yardım aparan Sərvərə bahalı maşın hədiyyə edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırmızı rəngli köhnə avtomobillə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan şəxsə avtomobil hədiyyə edilib. 

Azxeber.com xəbər verir ki, Sərvər Bəşirli adlı şəxs bu gün “MTV”də yayımlanan “Ümid ilə gəl” verilişinə dəvət olunub.

Aparıcı Tarix Əliyev ona yeni avtomobilin alınması üçün yardım kampaniyasını başlatdığını deyib.

Daha sonra verilişə bağlanan Rusiyada yaşayan iş adamlarından biri Sərvər Bəşirliyə avtomobil hədiyyə etdiyini bildirib.

Hədiyyənin təşəbbüskarı olan tanınmış teleaparıcı və prodüser Tarix Əliyev Azxeber.com-a açıqlamasında deyib ki, Sərvərə hədiyyəni Rusiyada yaşayan iş adamı edib: 

“Bu gün efirə Sərvəri qonaq çağırmışdıq. Reklam fasiləsində Moskvada yaşayan dostum Baxaya (Bəxtiyar) Sərvərin fotosunu göndərib, dostları ilə ona yardım edib maşın almağa kömək etməsini istədim. Sağ olsun, özü şəxsən Sərvərə maşın alacağını bildirdi”.

Sərvərin VAZ-2107 markalı avtomobil istədiyini, ancaq imkan daxilində ona daha yaxşı maşın alacaqlarını deyən Tarix Əliyev, artıq avtomobil axtardıqlarını da qeyd edib:

“Artıq avtomobil axtarışına başlamışıq. Sabah efirdən sonra gedib maşını alacağıq. Bunun üçün Sərvərin sürücülük vəsiqəsini də almışam. Maşının dövlət qeydiyyat nişanı isə, Sərvərin istəyi ilə əvvəlki maşında olduğu kimi qalacaq. Sərvər VAZ-2107 markalı maşın istəyir, ancaq çalışacağıq ki, ona daha yaxşı xarici markalı maşın alaq. Avtomobil birinci gün efirdə Sərvərə təqdim ediləcək”.

Qeyd edək ki, avtomobilin açarı birinci gün Sərvər Bəşirliyə hədiyyə ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri