27 
Fev
2023
12:24
11
251
6398
Virtual karabakh

Bakıda maşına zorla mindirilərək qaçırılan qadın şiddətə məruz qalırmış - AÇIQLAMALAR + FOTO

27 Fev, 2023
12:24
6398

Bakıda maşına zorla mindirilərək qaçırılan qadın şiddətə məruz qalırmış - AÇIQLAMALAR + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün əvvəl Bakıda maşına zorla mindirilərək qaçırılan qadın döyülübmüş.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. 

Bildirilib ki, qadın əri və qayınanası tərəfindən şiddətə məruz qalıb. Hazırda qadının iki yaşlı uşağı əlindən alınıb. Onun uşağının özünə verilməsi üçün zorla qaçırıldığına görə Binəqədi Polis İdarəsində yazdığı izahatın geri götürülməsi adı ilə aldadıldığı bildirilir. 

Martın 7-də 22 yaşlı qadının boşanma ilə bağlı məhkəməsi var. 

Qadının anası rəhmətə gedib, atası yenidən evlənib.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı təhqiqat araşdırmaları aparılıb:

“İş üzrə ekspertizalar təyin olunub və baxılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qadının məsələsi barədə qurum tərəfindən yaşadıqları ərazi üzrə yerli icra hakimiyyətinə məlumat verilib:

“Eyni zamanda, məsələ barədə Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır. Qadın ekspertizadan keçirilib. Bu gün icra hakimiyyəti və qadınla əlaqə saxlanılıb. Artıq polis tərəfindən xanımın təhlükəsizliyi təmin olunub.

Qadının istəyi uşağının həyat yolaşından alınıb, ona verilməsidir. Bu məsələ məhkəmə ilə tənzimlənir. Əgər lazım olsa, xanım vəkillə təmin olunacaq”.

Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda qadın zorla maşına mindirilərək qaçırılıb. Qadını boşanma fikrindən daşındırmaq üçün rəsmi nikahda olduğu əri, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri