21 
Mar
2023
20:23
238
19
2781
Virtual karabakh

Bakıda memarlıq abidəsində qanunsuz müdaxilənin qarşısı alındı - FOTO

21 Mar, 2023
20:23
2781

Bakıda memarlıq abidəsində qanunsuz müdaxilənin qarşısı alındı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda memarlıq abidəsində qanunsuz müdaxilənin qarşısı alınıb.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səbail rayonu Mehdi Hüseyn küçəsi 75 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsində (inv. 3369) bayram günlərində aparılan qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən alınıb.

Qeyd edilib ki, aparılan işlər dayandırılıb. Qanunvericilik çərçivəsində atılacaq addımlar barədə əlavə məlumat veriləcək:

“Bir daha bütün vətəndaşlardan və əlaqədar təşkilatlardan xahiş olunur ki, tarixi abidələrə hər hansı müdaxilə halları ilə qarşılaşdıqları zaman Mədəniyyət Nazirliyinin iş nömrələrinə və 147 qaynar xəttinə, eləcə də Nazirliyin rəsmi sosial media hesablarına dərhal məlumat versinlər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri