Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Uşaq evindən şikayət edən yeniyetmə psixiatriya xəstəxanasına yerləşdirilib? - AÇIQLAMA + FOTO/VİDEO
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən edilən şikayətlə bağlı məsələyə münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, müəssisə barədə iddia səsləndirən yeniyetmənin qardaşı Ə.Hacıyev quruma dəvət olunub:
“O bildirdi ki, kiçik qardaşının davranış pozuntusu var və onun müalicə olunmasını istəyir. Hazırda sözügedən yeniyetmə psixiatriya xəstəxanasındadır. Müalicədən sonra öz qardaşının himayəsinə veriləcək. Məsələ komitənin nəzarətindədir”.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmələrdən biri həmin uşaq evi ilə bağlı şikayətini bildirmişdi. Qeyd etmişdi ki, müəssisədə uşaqlara quru çörək verirlər:
“Uşaq evinə gələn ərzağı, meyvələri, südü aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar”.
Xatırladaq ki, iddiaları səsləndirən şəxs dörd qardaşdır. Onlar uşaq evində böyüyüblər.
İlhamə Əbülfət
Rəylər