Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
DYP-yə məhəl qoymayıb arxaya hərəkət edən avtomobilin sürücüsü SAXLANILDI – YENİLƏNİB + VİDEO
Bakıda yolun əks istiqamətində maşın sürən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.
O bildirib ki, sözügedən şəxs 20 yaşlı tələbədir və saxlanılaraq məsuliyyətə cəlb edilib.
21:26
Bakıda polisin dayanma tələbinə məhəl qoymayaraq girdiyi əks yöndən arxaya doğru hərəkət edərək uzaqlaşmağa çalışan, daha sonra uzun müddət bu şəkildə hərəkəti davam etdirən avtomobilin sürücüsü qəza törədib.
Oxu.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qabağında yolun əks istiqamətində gedərkən DYP avtomobili ilə qarşılan “Volkswagen Touareg” markalı avtomobilin sürücüsü geriyə hərəkət etməklə hadisə yerindən uzaqlaşmağa çalışıb. Bu şəkildə Nərimanov rayonu, İzzədin Həsənoğlu küçəsinə qədər gedən nəqliyyat vasitəsi küçə boyunca Fətəli Xan Xoyski istiqamətində də geriyə doğru hərəkəti davam etdirib.
Polisdən qaçarkən bir neçə avtomobillə toqquşan və təhlükəli qəza şəraiti yaradan maşın nəhayət Həsənoğlu küçəsində dayandırılıb.
20:22
Bakıda əks hərəkət istiqamətinə daxil olan avtomobil yolda təhlükəli vəziyyət yaradıb.
Oxu.Az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında baş verib.
Belə ki, yolun əks istiqamətində gedən “Volkswagen Touareg” markalı avtomobil qarşısında DYP avtomobilini görüncə geriyə doğru hərəkət etməyə başlayıb. Yol polisinin qanunu dayanma tələbinə əməl etməyən avtomobilin sürücüsü sürətli şəkildə geriyə hərəkət edərək digər yola çıxıb və başqa hərəkət iştirakçılarına təhlükə yaradıb.
Sözügedən görüntüləri təqdim edirik:
"DİN" teqi üzrə xəbərlər
- Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanıldı
- Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 17 nəfər saxlanılıb
- Bakıda narkotiklərin satışını təşkil edən ata və iki övladı saxlanılıblar
- Şəkidə avtomat gizlədən keçmiş məhkum tutuldu
- DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
Rəylər