11 
May
2023
11:40
110
17
7574
Virtual karabakh

Nazirlikdən “şofer Əhməd” ilə bağlı AÇIQLAMA - FOTO

11 May, 2023
11:40
7574

Nazirlikdən “şofer Əhməd” ilə bağlı AÇIQLAMA - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış kinorejissor, aktyor, Azərbaycanın Əməkdar artisti Elxan Qasımovun səhhəti pisləşib.

Qızı mətbuata açıqlamasında atasının vəziyyətinin çox ağır olduğunu deyərək, dövlətdən dəstək istəyib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq aktyorun vəziyyətinin diqqətdə saxlanıldığı bildirilib:

“Dünən Nazirliyin rəsmi nümayəndəsi xəstəxanada aktyora baş çəkib, sağlamlığı ilə maraqlanıb. Bu gün də aktyorun qızı ilə telefon əlaqəsi saxlanılıb, xəstənin vəziyyəti ilə maraqlanılıb. 

Tanınmış kinorejissor, aktyor, Azərbaycanın Əməkdar artisti Elxan Qasımovun səhhəti Mədəniyyət Nazirliyinin diqqətindədir”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, 78 yaşlı aktyor Elxan Qasımov tamaşaçılara “Əhməd haradadır” filmindən “şofer Əhməd” rolu ilə tanınır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri